Aleksis Sançes üçün 3 variant
“Mançester Yunayted”in futbolçusu Aleksis Sançes klubdan ayrılmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, çilili oyunçu karyerasını İtaliyada davam etdirmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Sançeslə “Milan”, “Napoli” və “İnter” klubları yaxından maraqlanır.
İtaliya təmsilçiləri 30 yaşlı hücumçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək niyyətindədir.
Sançesin “Mançester Yunayted”lə 2022-ci ilin yayına qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin