“Mançester Yunayted”in futbolçusu milli komanda seçimini etdi
“Mançester Yunayted”in futbolçusu Aaron Van-Bissaka Konqo yığmasında oynamaqdan imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Xəbərdə, 23 yaşlı müdafiəçinin İngiltərə millisində oynamaq istədiyi bildirilib.
Van-Bissaka İngiltərədə – Londonda doğulsa da, əsli Konqodandır. Müdafiəçi Konqonun U-20, İngiltərə yığmasının U-21 komandasının formasını geyinib.
İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt ötən ilin avqustunda Van-Bissakanı yığmaya dəvət etsə də, müdafiəçi zədə səbəbindən millinin toplanışına qatıla bilməmişdi.
Aaron Van-Bissaka bu mövsüm “Mançester Yunayted”lə 18 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin