“Mançester Yunayted”in futbolçusu 1 aylıq sıradan çıxıb
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu bud nahiyəsindən zədələnərək xəstəxanaya aparılıb.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu təxminən bir aya yaxın meydanda olmayacaq. O, böyük ehtimalla, qarşıdakı 7 matçda “qırmızı şeytanlar”a kömək edə bilməyəcək.
19 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə 9 oyun keçirib.
“Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 14-cü yerdədir. Erik ten Haqın komandası növbəti oyununu oktyabrın 19-da evdə “Brentford”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin