“Mançester Yunayted”in futbolçusu ən yaxşı elan edildi
Avropa Liqasında həftənin futbolçusu bəlli olub.
Komanda.az xəbər verir ki, 1/4 finalın ilk oyunları çərçivəsində keçirilən matçların ardından İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Marsel Zabitser həftənin ən yaxşısı seçilib.
Avstriyadan olan 29 yaşlı futbolçu İspaniyanın “Sevilya” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri oyunda iki qola imza atıb.
Həftənin ən yaxşısı oyunçusu adına Orkun Kökçü (“Feyenoord”, Niderland), Federiko Qatti (“Yuventus”, İtaliya) və Viktor Bonifase (“Yunion”, Belçika) də namizəd idilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin