“Mançester Yunayted”in 2 futbolçusu Ten Haqdan narazı imiş
“Mançester Yunayted”in iki futbolçusu komandanın baş məşqçisi Erik ten Haqın iş üsullarından narazı qalıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, bu futbolçular yarımmüdafiəçi Kazemiro və müdafiəçi Rafael Varan olub.
Hər iki futbolçu niderlandlı mütəxəssisin idarəetmə tərzindən narazı qalıb. Onlar hesab ediblər ki, Ten Haq komandanı məlumatla həddən artıq yükləyir və onun yanaşması oyunçuların fərdi keyfiyyətlərinə mənfi təsir göstərir.
Cari mövsümün sonunda MY-ni tərk edən Varanla yanaşı, Kazemiro da komandayla yollarını ayırmağa yaxındır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin