“Mançester Yunayted”in futbolçuları arasında dava düşüb
“Mançester Yunayted”in futbolçuları arasında Premyer Liqanın 5-ci turunda “Brayton”a məğlubiyyətdən (1:3) sonra paltardəyişmə otağında münaqişə yaranıb.
Komanda.az “Athletic”-ə istinadən xəbər verir ki, davada dörd futbolçu iştirak edib: yarımmüdafiəçi Bruno Fernandes, Skott Maktominey və müdafiəçilər Lisandro Martinezlə Viktor Lindelöf.
Bildirilir ki, futbolçuları “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq sakitləşdirib.
Oyun sentyabrın 16-da Mançesterdə, “Old Trafford” stadionunda baş tutub.
MY hazırda 6 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin