MY “Bayern”in futbolçusunu istəyir

“Mançester Yunayted” heyətini gücləndirməyi düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Bayern”in cinah oyunçusu Leroy Saneni diqqətdə saxlayır.

İngiltərə klubu artıq Sane haqqında sorğular edib. O, gələcəklə bağlı qərarını yalnız “Bayern”lə danışıqlardan sonra verəcək.

28 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi cari mövsümün sonuna kimidir. Sane ilə “Arsenal” da maraqlanır.

Almaniyalı yarımmüdafiəçi daha əvvəl, 2016-2020-ci illərdə “Mançester Siti”də çıxış edib.

O, bu mövsüm keçirdiyi 10 matçda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button