“Mançester Yunayted”in saçlarını ağartdığı Amorim

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim demək olar ki, komandanın Karrinqtondakı təlim-məşq bazasında yaşayır.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis hər iş gününə səhər saat 7-də başlayır və ümumilikdə bazada 14 saata qədər vaxt keçirir.

Bu fədakarlıq klubun hazırda içində olduğu çətin vəziyyətlə əlaqədardır. Premyer Liqada sona bir tur qalmış “Mançester Yunayted” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Son aylarda Amorimin saçlarının xeyli ağardığı da diqqətdən yayınmayıb. Bu, gərgin mövsümün rəmzi göstəricilərindən biri kimi qiymətləndirilir.

Amorim 2024-cü ilin noyabrında “qırmızı şeytanlar”a baş məşqçi təyin olunub. O zaman komanda artıq ciddi böhran içində idi. Bununla belə, komandanın mövsümü xilas etmək üçün hələ bir imkanı var. MY Avropa Liqasının finalında “Tottenhem”ə qalib gəlsə, Premyer Liqadakı nəticədən asılı olmayaraq, növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button