Yeni transfer komandaya qoşula bilmir

“Mançester Yunayted”in Çinin “Şanxay Şenxua” klubundan icarəyə götürdüyü Odion İqalo hələ də komandaya qoşulmayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hücumçu Çində yayılan koronavirus şübhəsinə görə, komandayla birgə çalışmır. Xüsusi məşqçi ilə fərdi çalışan İqalonun bütün testlərdən keçdikdən və nəticəsi dəqiqləşəndən sonra komandaya qoşulacağı bildirilir.

İqalonun durumu iki həftə sonra dəqiqləşəcək. Futbolçu hazırda taekvondo salonunda məşq edir.

MY İqalonu mövsümün sonuna qədər icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button