“Mançester Yunayted”in ciddi oğlanı
“Mançester Yunayted”in yarımmüdafiəçisi Antoni komanda yoldaşı Kazemiro haqda danışıb.
Komanda.az Mançester klubunun rəsmi saytına istinadən xəbər verir ki, Antoni, Kazemironun son dərəcə ciddi biri olduğunu deyib:
“Kazemiro çox ciddi oğlandır. Mən həmişə deyirəm ki, o, şəhərin mərkəzində bizim gözətçimizdir. O, son dərəcə ciddidir”.
Kazemiro bu ilin yayında “Real”dan “Mançester Yunayted”ə keçib. Braziliyalı futbolçu əvvəllər “San Paulo”, “Portu” kimi klublarda da çıxış edib. 30 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 8 oyuna çıxıb, 1 qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin