
“Mançester Yunayted”in bu vəziyyətdə olması ayıbdır” – Sabiq futbolçu
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill “qırmızı şeytanlar”ın “Tottenhem”ə məğlub olduğu (0:1) oyundan sonra iki komandanln heyətlərini müqayisə edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, sabiq futbolçu “Mançester Yunayted”in düşdüyü vəziyyətin ayıb olduğunu bildirib:
“Tottenhem”in hər bir oyunçusu “Mançester Yunayted”də oynaya bilər. “Qırmızı şeytanlar”ın indi bu vəziyyətdə olması ayıbdır. Ümid edirəm ki, baş məşqçi Ruben Amorimə uğurlu komanda qurmaq üçün vaxt veriləcək”.
“Mançester Yunayted” İngiltərə çempionatının 25 turundan sonra turnir cədvəlində 15-ci yerdədir. Komanda Premyer Liqada növbəti oyununu səfərdə “Everton”a qarşı keçirəcək. Oyun fevralın 22-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin