Sulşerin istefa vermək fikri yoxdur
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqada “Liverpul”a 0:5 hesabıyla uduzduqları oyunu şərh edib.
Komanda.az xəbər verir ki, norveçli mütəxəssis, komandanı tərk etmək fikrinin olmadığını söyləyib:
“Komanda olaraq pis çıxış etdik. Burdakı ən qara günümü keçirirəm. Bütün məsuliyyət məndədir. İşimə davam edirəm. Bura qədər çox çalışaraq gəlmişik. Komanda olaraq inkişaf edirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin