Ten Haqı əvəzləmək üçün 4 namizəd var
Erik ten Haq yaxın gələcəkdə “Mançester Yunayted”in baş məşqçisi vəzifəsini itirə bilər.
Niderlandlı çalışdırıcı təzyiq altındadır, bu, heç də təəccüblü deyil. Belə ki, “qırmızı şeytanlar” Premyer Liqanın turnir cədvəlində 12-ci yerdədir.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” Ten Haqı qova bilər və artıq onun potensial əvəzediciləri ilə danışıqlar aparılır. “Qırmızı şeytanlar” Xavi ilə də İngiltərə klubuna keçidini müzakirə ediblər.
İngilislərin siyahısında Ruben Amorim, Tomas Frank və Edin Terziç də var. “Mançester Yunayted”in digər namizədləri də nəzərdən keçirəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin