Baş məşqçidən zorakılıqda ittiham olunan futbolçu ilə bağlı açıqlama
“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik zorakılıqda ittiham olunan yarımmüdafiəçi Meyson Qrinvudla bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, futbolçuların da insan olduğunu söyləyib:
“Yaxşı və qaydasında bir məşq həftəsi keçirdik. Əlbəttə, Qrinvudun etdikləri komanda daxilində müzakirə olundu. Amma bunun kiməsə aidiyyatı yoxdur. Futbolçular da insandır”.
Model Qarriet Robson sevgilisi, futbolçu Meyson Qrinvudu zorakılıqda ittiham edib. Robson bununla bağlı “instaqram” hesabında məlumat yayıb. Model fotolarını paylaşaraq, Qrinvudun ona fiziki zorakılıq etdiyini bildirib. Bundan sonra polis 21 yaşlı oyunçunu həbs edib. Qrinvud girov qarşılığında növbəti istintaqa qədər sərbəst buraxılıb.
Qrinvud “Mançester Yunayted”də əsas komandadan kənarlaşdırılıb.
Bizi Facebook-da izləyin