“Güclü komandaya qarşı kifayət qədər yaxşı oynamadıq” – Sulşer
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə Federasiya kubokunun 1/4 final mərhələsində “Lester”ə məğlub olduqları görüşdən sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli mütəxəssis, 1:3 hesabıyla bitən görüşü belə şərh edib:
“Oyunda bir qığılcım yox idi. Son 3-4 aydır ki, möhtəşəm oynayırdıq. Sıx qrafikə baxmayaraq, yaxşı formada idik. Artıq futbolçular da yorulmağa başlayıb. Bərabərlik qolundan sonra oyunun nəzarətini ələ almaq istədik. Güclü komandaya qarşı kifayət qədər yaxşı oynamadıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin