“Şikayət etmək üçün vaxtımız yoxdur” – Sulşer
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.
Komanda.az xəbər verir ki, “Mirror” nəşrinə danışan norveçli mütəxəssis, bəzi futbolçulara əsas heyətdə şans verməməsi haqda bunları deyib:
“Heyətimizdə futbolçu çoxdur və şikayət etmək üçün vaxtımız yoxdur. Futbolçular bütün güclərini komandaya verməlidirlər. Əsas heyətdə oyuna başlamırsızsa, digər komanda yoldaşlarınıza dəstək olmalısız. Meydana çıxanda isə ən yaxşısını etməlisiz. Meydana çıxmırsızsa, deməli, daha çox çalışmalısız.
Başa düşürəm, futbolçular oynamaq istəyirlər. Heç bir futbolçu ehtiyatda oturub, xoşbəxt ola bilməz. Buna baxmayaraq, komanda daxilində əla atmosfer var. Bu, çox yaxşıdır. Təkcə özünü deyil, bütün komandanı düşünmək lazımdır. Komanda fərdlərdən üstündür”.
Bizi Facebook-da izləyin