“Bu, onün üçün bir şansdır” – Sulşer
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli mütəxəssis, gözlənilən performansı sərgiləyə bilməyən Donni van de Bek haqda danışıb:
“Komandada özünü sübut etmək istəyən yaxşı oyunçular var. Donni də onlardan biridir və o, bu gün “Uotford”la oyunda olacaq. Bu, onun üçün bir şansdır. Van de Beklə danışdıq və ona inandığımızı dedim. Özünü göstərmək üçün yaxşı fürsəti var”.
“Mançester Yunayted” İngiltərə federasiya kuboku çərçivəsində bu gün “Uotford”la qarşılaşacaq. Matç saat 00:00-da start götürəcək.
Van de Bek bu mövsüm Premyer Liqada 10 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin