“O, Skoulz və Veronun qarışığıdır” – Sulşer
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer komandanın futbolçusu Bruno Fernandes haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli mütəxəssis, 25 yaşlı yarımmüdafiəçini tərifləyib:
“Düşünürəm ki, çox yaxşı transfer etmişik. O, azarkeşlərə nəsə edib. Qısa zamanda artıq hamı onu sevir, alqışlayır. O, azarkeşlərin “Mançester Yunayted”in əvvəlki futbolçularında gördüyü hər şeyə sahibdir.
İlk gündən məşqlərdə çox çalışır. Bəzən qış fasiləsində edilən transferlərə uyğunlaşmaq üçün zaman lazım olur. Ancaq Fernandes elə deyil, özünə çox arxayındır. Düzünü desəm, o, Pol Skoulz və Xuan Sebastyan Veronun qarışığıdır”.
Fernandes 55 milyon avroya “Sportinq”dən “Mançester Yunayted”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin