Sulşer futbolçuları istirahətə yolladı
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer futbolçulara istirahət verib.
Komanda.az xəbər verir ki, norveçli mütəxəssis, milli komandaların oyunlarına görə yaranan fasilədə oyunçuları 1 həftəlik tətilə buraxıb, özü isə ailəsiylə birlikdə Norveçə yollanıb.
Sulşerin bu qərarı İngiltərə futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
“Mançester Yunayted” Premyer Liqada 6-cı sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin