Sulşer peşman deyil

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer bu yay komandadan ayrılan Aleksis Sançes və Romelu Lukaku haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan norveçli mütəxəssis, hər iki hücumçunu göndərməklə doğru qərar verdiklərini deyib:

“Bəzi oyunlarda təcrübədən əziyyət çəkdiyimiz düzdür. Aleksis və Lukaku vacib oyunçulardır. Ancaq o dönəmdə ayrılıq qərarı aldıq. Gənc oyunçulara daha çox şans vermək istədik. Düzgün qərar verdiyimizi düşünürəm.

Hazırda bəzi problemlər yaşayırıq. Amma bu, gələcəkdə bizim üçün faydalı olacaq. Ən qısa zamanda geri qayıdacağıq”.

“Mançester Yunayted” bu mövsüm Premyer Liqada 8 turdan sonra 9 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button