“Qol vura biləcək oyunçularımızın olduğunu bilirəm, amma bu…” – Sulşer
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Avropa Liqasında “Sevilya”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan norveçli mütəxəssis, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:
“Şanslarınızdan istifadə edə bilməsəz, çətin olur. Gənc komandamız var və bu gün uşaqlar öyrənməlidir.
İkinci qolu vura bilməməyimiz çox üzücüdür. Qol vura biləcək oyunçularımızın olduğunu bilirəm, amma bu, futboldur. Hesabda irəli çıxmaq üçün etdiyimiz bütün cəhdlər boşa getdi.
Fevraldan bəri möhtəşəm oyun oynayırıq, buna görə də bu nəticə bizi məyus etdi. Uzun yola çıxmışdıq, bu gün də futbolçularımın oyunundan razıyam. Qarşılaşmanın sonunda onların necə yorulduqlarını hamımız gördük.
Daha irəli getmək istəyiriksə, daha da inkifaş etməliyik. Bir çox futbolçularımız bütün oyunlarda iştirak edib. Hər zaman heyəti genişləndirməyə və yaxşılaşdırmağa çalışırıq”.
Bizi Facebook-da izləyin