MY Türkiyə klublarının hədəfindəki futbolçunu satmağa hazırdır
“Mançester Yunayted” hələ də yarımmüdafiəçisi Skott Maktomineyı satmağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” daha bir yarımmüdafiəçinin transferini maliyyələşdirmək üçün şotlandiyalı futbolçu ilə ayrılmaq istəyir.
“Fulhem” 27 yaşlı futbolçu üçün mübarizə aparır və müqaviləni öz şərtləri ilə həyata keçirməyə çalışır. Maktomineyin xidmətində “Everton”, “Fənərbaxça” və “Qalatasaray” da maraqlıdır.
Maktominey Premyer Liqanın son mövsümündə 7 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin