“Mançester Yunayted”in 40 milyon avroluq hədəfi

“Mançester Yunayted” Leverkuzen “Bayer”inin müdafiəçisi Ceremi Frimponqu transfer etməyə ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı oyunçu həmçinin, “Liverpul”un transfer hədəflərindən biri hesab olunur, çünki onlar “Real”a gedəcək Trent Aleksander-Arnoldun yerinə oyunçu axtarırlar.

“Qırmızı şeytanlar” son həftələrdə 24 yaşlı futbolçunun ətrafı ilə danışıqlar aparır. Potensial müqavilənin dəyəri təxminən 40 milyon avrodur.

Frimponq bu mövsüm Xabi Alonsonun komandasında 40 oyunda 4 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button