
“Mançester Yunayted” üç mövqeni gücləndirəcək
“Mançester Yunayted”in transfer kampaniyası hələ başa çatmayıb. Yaxın günlərdə klub uzun sürən danışıqlardan sonra “Brentford”dan Brayan Mbeumonu heyətinə qataraq, onu rəsmi şəkildə yeni transfer kimi təqdim edib.
İndi isə “qırmızı şeytanlar” diqqətlərini digər mövqelərin gücləndirilməsinə yönəltmək istəyirlər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yay transfer pəncərəsinin bağlanmasına qədər Mançester klubu yeni hücumçu, dayaq yarımmüdafiəçisi və qapıçı transfer etməyi planlaşdırır.
Mateus Kunya və Mbeumonun transferləri “Mançester Yunayted”ə 150 milyon avrodan baha başa gəlib. Bununla belə, klub hələ ki, heç bir futbolçusunu satmayıb.
Ruben Amorimin rəhbərlik etdiyi komanda son mövsümdə Premyer Liqanı turnir cədvəlinin 15-ci pilləsində tamamlayıb.
Bizi Facebook-da izləyin



