MY “İnter”in müdafiəçisini transfer etmək istəyir

“İnter”in müdafiəçisi Federiko Dimarko İngiltərənin aparıcı klublarından birinin diqqətini çəkib.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 27 yaşlı futbolçunu transfer etmək istəyir.

Dimarkonun transferi “qırmızı şeytanlar”ın yay üçün əsas prioritet hədəfidir. “İnter” italiyalı futbolçuya görə 50 milyon avrodan az təklif etsələr, onu satmayacaq.

Dimarko İtaliya çempionatının cari mövsümündə 24 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun milanlılarla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button