
“Mançester Yunayted”in ən uğursuz baş məşqçisi
“Mançester Yunayted” Ruben Amorimin rəhbərliyi altında uğursuz nəticələr göstərməkdə davam edir.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis qələbə faizi baxımından İngiltərə klubunun bütün daimi məşqçiləri arasında ən pisidir. Onun rəhbərliyi altında “qırmızı şeytanlar” matçların cəmi 36,17 faizində qələbə qazanıb.
Reytinqə Aleks Ferqyuson (59,67%) başçılıq edir. İlk üçlüyə həmçinin, Joze Mourinyo (58,33%) və Erik ten Haq (54,69%) daxildir.
Amorim 2024-cü ilin noyabrında Erik ten Haqı əvəz edərək “Mançester Yunayted”in baş məşqçisi olub.
Komanda bazar günü “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



