MY “sükan”ı “Çelsi”nin keçmiş baş məşqçisinə tapşıra bilər

“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter “Mançester Yunayted”ə rəhbərlik edə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, bu qərarı “qırmızı şeytanlar”ın gələcək yeni sahibi Cim Ratkliff nəzərdən keçirir. Ratkliff artıq Potterlə görüş keçirib.

Bununla belə, komandanın hazırkı baş məşqçisi Erik ten Haqın gözlənilən istefası yeni sahiblər tərəfindən hələ nəzərdən keçirilmir.

“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının 16 turundan sonra 27 xal toplayıb və hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button