“Mançester Yunayted”dən Liqa 1 klubuna

İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Erik Beyi Premyer Liqa təmsilçisindən ayrılıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu Fransanın “Olimpik” (Marsel) klubuna keçib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Fil Dişi Sahili yığmasının da üzvü olan mərkəz müdafiəçisi mövsümün sonuna kimi satınalma şərti ilə Liqa 1 təmsilçisinə keçib. Bir illik icarə üçün “qırmızı şeytanlar”a 2 milyon avro ödəyən fransızlar, mövsümün sonunda futbolçunun transfer hüquqlarını almaq üçün daha 6 milyon avro ödəyəcəklər.

Erik Beyi 2016-cı ilin iyul ayında İspaniyanın “Vilyarreal” klubundan 38 milyon avro qarşılığında “Mançester Yunayted”ə transfer olunmuşdu. Onun Premyer Liqa nəhəngi ilə müqaviləsinin bitməsinə 2 il qalırdı. Futbolçu bu komandanın heyətində meydana çıxdığı 113 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Beyi daha öncə “Vilyarreal”la yanaşı, yetirməsi olduğu “Espanyol”un da uğurları üçün çalışıb.

Marsel “Olimpik”i də öz yarımmüdafiəçisi Kevin Strotmanı İtaliyanın “Cenoa” klubuna icarəyə verib. Niderlanddan olan 32 yaşlı futbolçu da mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Strotman 2021-ci ildə də “Cenoa”ya icarəyə verilmişdi. Ötən mövsümü isə o, İtaliyanın digər təmsilçisi “Kalyari”də icarədə keçirib. Yarımmüdafiəçi “Olimpik”ə 2018-ci ildə “Roma”dan 25 milyon avroya transfer olmuşdu. O, Marsel təmsilçisində cəmi 77 oyuna çıxıb, 3 qol vurub. Niderland yığmasında 46 oyuna 3 qol vurmuş Kevin, daha öncə ölkəsində “Sparta” (Rotterdam), “Utrext” və PSV kimi klubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button