Reşforda 5 illik müqavilə təklif ediləcək

“Mançester Yunayted” futbolçusu Markus Reşforda yeni müqavilə təklif edəcək.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 23 yaşlı futbolçuyla müqaviləni 5 illik uzatmağı planlaşdırırlar. Yeni müqavilə ilə Reşfordun klubda həftəlik məvacibi 300 min funt-sterlinq olacaq. Klubun yaxın iki ay ərzində futbolçuyla danışığa başlayacağı bildirilir.

İngiltərəli futbolçunun MY ilə hazırkı müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button