
“Mançester Yunayted”dən biabırçı məğlubiyyət: Amorim hədəf alındı
İngiltərə Liqa kubokunun 1/32 finalında sensasiya yaşanıb.
“Mançester Yunayted” dördüncü divizion təmsilçisi “Qrimzbi”yə penaltilərdə uduzaraq, turnirlə vidalaşıb. Əsas vaxt 2:2 hesabı ilə yekunlaşıb, penaltilərdə isə “Qrimzbi” üstün olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gözlənilməz məğlubiyyət komandanın azarkeşlərini şoka salıb. Onlar sosial şəbəkədə baş məşqçi Ruben Amorimi tənqid ediblər.
Azarkeşlər portuqaliyalı mütəxəssisin matçdan sonrakı mətbuat konfransında çox yorğun və ruhdan düşmüş göründüyünü qeyd ediblər:
“Allahım, “Mançester Yunayted” onu sındırdı”;
“Onun çıxışı istefa müsahibəsinə bənzəyirdi”;
“Amorim tamamilə sarsılıb. Bu, “Mançester Yunayted”də işləməyin nəticəsidir”:
“Onun istefası sadəcə zaman məsələsidir”
Azarkeşlər həmçinin, potensial əvəzləyici adlarını da müzakirə ediblər. Ən çox səslənən variantlar arasında Maykl Karrik, Qaret Sautqeyt və hətta Ole-Qunnar Sulşerin geri dönüşü var.
Ruben Amorim cəmi bir il əvvəl Portuqaliyada titul qazanmışdı. İndi isə “Old Trafford”dakı gələcəyi ciddi sual altındadır.
Bizi Facebook-da izləyin



