“Mançester Yunayted”dən ayrılanlar “qandallar”ını atırlar” – Sabiq futbolçu

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand İngiltərə klubunun futbolçularına edilən təzyiqlərdən danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:

“Mançester Yunayted”dən ayrılan bütün oyunçular yeni kimi yaxşıdır. Onlar “qandallar”ını atırlar. Doğma stadiondakı ab-hava və klubun emblemi futbolçular üzərində böyük təzyiq yaradır. Bu, yəqin ki, Markus Reşforda da təsir edib”.

Reşford bir müddət əvvəl “Mançester Yunayted”dən ayrılaraq “Aston Villa”ya keçib.

MY İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button