“Mançester Yunayted”dən ayrılacaq – Ehtiyatda “yatan” futbolçu
Fil Cons yayda “Mançester Yunayted”i tərk edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 31 yaşlı ingilis müdafiəçi ilə müqaviləni yeniləməyəcək, futbolçu azad agent olacaq.
Cons 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir. Bu müddət ərzində o, Premyer Liqa və Avropa Liqası titulları da daxil olmaqla 6 kubok qazanıb.
Futbolçu bu mövsüm heç bir matçda iştirak etməyib. O, sonuncu dəfə 2022-ci il mayın 2-də meydanda olub.
Ümumilikdə, Fil Cons MY-nin heyətində 229 dəfə meydana çıxıb, 6 qol vurub, 10 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin