
“Mançester Yunayted”də itki
“Mançester Yunayted” İngiltərə Federasiya kubokunun “Mançester Siti” ilə keçiriləcək final matçına itki ilə çıxacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb “qırmızı şeytanlar”ın hücumçusu Antoni Marsialın zədələnməsi olub. O, Premyer Liqanın sonuncu – 38-ci turunun “Fulhem”lə matçında (2:1) dizindən zədə alıb.
Xatırladaq ki, həlledici qarşılaşma iyunun 3-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin