
“Mançester Yunayted”də ciddi itki
İngiltərənin “Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Antoni sıradan çıxıb.
Komanda.az xəbər verir ki, o, ötən gecə qarşılaşdıqları “Çelsi” ilə oyunda zədələnib.
Braziliyalı futbolçu Premyer Liqanın 32-ci turundan təxirə salınmış bu oyunun 28-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb. Onun zədəsinin nə dərəcədə ciddi olmasına ətraflı tibbi müayinələrdən sonra aydınlıq gələcək.
Antoni bu mövsüm “Mançester Yunayted”də 44 oyunda 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin