“Mançester Yunayted”də ciddi itki
“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Sevilya”ya qarşı UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.
Komanda.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, bunun səbəbi Reşfordun əzələsində zədə aşkarlanmasıdır.
Onun qarşıdakı bir neçə oyunu buraxacağı gözlənilir.
Reşford “Everton”a 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 30-cu tur matçında zədə alıb.
26 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 47 oyuna çıxıb və 28 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin