
“Mançester Yunayted”in futbolçusu koronavirusa qalib gəldi
“Mançester Yunayted”də bir müddət əvvəl koronavirusa yoluxan Aleks Telles sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole Qunnar-Sulşer yerli mətbuata açıqlamasında deyib. O, Tellesin son koronavirus testinin mənfi çıxdığını və müdafiəçinin komanda ilə məşqlərə qoşulduğunu bildirib.
Tellesin oktyabrın 29-da verdiyi koronavirus testi müsbət çıxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin