
“Mançester Yunayted”in yeni transferi bu gün tibbi müayinədən keçəcək
“Brentford”un hücumçusu Brayan Mbeumo bu gün “Mançester Yunayted”ə transfer olunmazdan əvvəl tibbi müayinədən keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kamerun millisinin üzvü ilə müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. Anlaşmada əlavə olaraq bir illik uzadılma şərti də yer alacaq.
Transferin ümumi məbləği olduqca yüksəkdir: “Mançester Yunayted” Mbeumo üçün 75,4 milyon avro əsas ödəniş etməyi planlaşdırır. Bundan əlavə, 7 milyon avroya qədər bonus ödənişi də nəzərdə tutulur.
25 yaşlı forvard 2024/25 mövsümündə “Brentford”un heyətində 42 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin