“Mançester Yunayted”dən tarixi qərar: 250 milyonluq büdcə
Bu mövsüm Premyer Liqada çempionluq yarışından uzaq qalan “Mançester Yunayted”də klub rəhbərliyi yay transfer pəncərəsi dövrü üçün tarixi qərar qəbul edib.
Komanda.az xəbər verir ki, rəhbərlik növbəti mövsümdə heyəti gücləndirmək üçün 250 milyon avroluq transfer büdcəsi ayırıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, baş məşqçi Ole-Qunnar Sulşerə futbolçu keçidləri üçün təqdim olunan məbləğin, klub tarixinin ən yüksək transfer büdcəsi olduğu bildirilib.
“Mançester Yunayted”in transferdə əsas hədəfi “Real”dan Rafael Varan və “Napoli”dən Xalidu Kulibalidir.
“Qırmızı şeytanlar” Premyer Liqada 33 turdan sonra 61 xalla 6-cı sıradadır. “Mançester Yunayted”in ehtiyatda “Mançester Siti” ilə bir görüşü var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin