“Mançester Yunayted”dən təklif gözləyir
“Ayaks”ın baş məşqçisi Erik ten Haq “Mançester Yunayted”də işləmək arzusundadır.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, 52 yaşlı məşqçiylə bağlı “Mançester Yunayted” və “Ayaks” arasında hələlik heç bir razılaşma yoxdur. Amma “qırmızı şeytanlar” Niderland klubuna rəsmi müraciət etsələr, Erik ten Haq ingilislərlə müzakirələrə hazırdır.
Onun namizədliyi menecerlər vasitəsi ilə “Mançester Yunayted”ə təklif olunub.
Ten Haqın “Ayaks”la müqaviləsi gələn mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin