
“Mançester Yunayted”dən Şou ilə yeni müqavilə
“Mançester Yunayted”in müdafiəçisi Luk Şou klubla yeni müqavilə imzalayıb.
Komanda.az “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.
27 yaşlı futbolçu 2014-cü ildə “Sauthempton”dan Mançester klubuna keçib. O, “qırmızı şeytanlar”la 249 oyuna çıxıb, 4 qol vurub və 28 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin