MY “Milan”a 60 milyon avroluq təklif göndərəcək

“Mançester Yunayted” qapıçısı Andre Onanaya əvəzləyici axtarır. 

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Milan”da çıxış edən Mayk Menyanla maraqlanır. 

“Qırmızı şeytanlar” 28 yaşlı qolkiper üçün İtaliya klubuna 60 milyon avroluq təklif göndərəcək.

“Milan” Mayk Menyanı 2021-ci ilin yayında “Lill”dən transfer edib. Fransa millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində 16 matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button