
İngiltərə klubundan Fermin Lopes üçün 80 milyon avroluq rəsmi təklif
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes “Mançester Yunayted”in transfer hədəfinə çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 22 yaşlı futbolçu üçün kataloniyalılara təxminən 80 milyon avro dəyərində rəsmi təklif göndərib.
Bildirilir ki, maliyyə çətinlikləri fonunda “Barselona” üçün bu məbləğə biganə qalmaq çətindir. Ancaq ispaniyalı futbolçunun özü hələlik gələcəyi ilə bağlı qərar verməyib.
Kataloniya təmsilçisinin yetirməsi olan Fermin Lopes son mövsümdə bütün turnirlərdə 46 oyunda forma geyinib, 8 qol vurub və 10 məhsuldar ötürmə verib. O, daha əvvəl açıqlamasında yeni mövsüm öncəsi klubunu tərk etmək fikrində olmadığını bildirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin