
“Mançester Yunayted”də yeni müqavilə
“Mançester Yunayted” yarımmüdafiəçisi Alexandro Qarnaçonun müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, 18 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Argentina vətəndaşlığına da malik olan ispan vinger 2020-ci ildə Madrid “Atletiko”sundan “Mançester Yunayted”ə gəlib. O, “qırmızı şeytanlar”ın əsas komandasında 31 oyuna 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin