Hoylund İtaliyanın 2 klubunun “radar”ındadır

“Mançester Yunayted”də özünü sübut edə bilməyən hücumçu Rasmus Hoylund əvvəllər “Atalanta”da çıxış etdiyi A Seriyasına qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu ilə İtaliya çempionatının iki top-klubu maraqlanır. Söhbət “Yuventus” və “Napoli” komandalarından gedir. Hər iki klub Hoylundun tam transferi yox, icarəyə götürülməsi variantını nəzərdən keçirir.

Hoylund 2023-cü ilin yayında “Mançester Yunayted”ə keçib. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button