MY 2 futbolçusu ilə yeni müqavilə üçün danışıqlar aparır

“Mançester Yunayted”in yarımmüdafiəçiləri Alexandro Qarnaço və Kobbi Mainu klubla yeni müqavilə ilə bağlı danışıqlar aparır.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”la hər iki oyunçu arasında yeni müqavilələr imzalanmaqdan çox uzaqdır.

Argentinalı Qarnaço və ingiltərəli Mainu komandanın ən az maaş alan futbolçuları sırasındadır.

20 yaşlı Qarnaço 2023-cü ilin yayında “Mançester Yunayted”lə yeni müqavilə imzalayıb. O, bu mövsüm Premyer Liqada 17, 19 yaşlı Kobbi Mainu isə 12 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button