“Mançester Yunayted”də itki – 6-8 həftə olmayacaq

“Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Erik Bayi zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Beynəlxalq Çempionlar kubokunda “Tottenhem”lə matçda (2:1) zədələnən müdafiəçinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

2016-cı ildən “Mançester Yunayted”də çıxış edən Bayinin “qırmızı şeytanlar”la müqaviləsi 2020-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button