“Mançester Yunayted”də itki

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının ikinci turunda “Tottenhem”lə qarşılaşıb (0:2).

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın futbolçusu Meyson Maunt həmin matçda zədələnib. Onun 4-6 həftəlik sıradan çıxdığı deyilir.

Maunt təxminən səkkiz oyunda komandasına kömək etməyə bilər.

İngiltərəli futbolçu yay transfer pəncərəsində “Çelsi”dən Mançester təmsilçisinə keçib. Onunla beş illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button