“Mançester Yunayted”də iki yeni müqavilə – Rəsmi
“Mançester Yunayted” iki futbolçusunun müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” Andreas Pereyra ilə 2023-cü, Aksel Tuanzebe ilə isə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Pereyra 2012-ci ildən “Mançester Yunayted”də çıxış edir. Tuanzebe isə “qırmızı şeytanlar”ın yetirməsidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin