İddia: “Mançester Yunayted”də baş məşqçi dəyişikliyi gözlənilir

“Mançester Yunayted” baş məşqçi dəyişikliyi edə bilər. Komanda Premyer Liqanın ilk 4 turunda cəmi 4 xal toplayaraq, turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu zəif nəticələrdən sonra baş məşqçi Ruben Amorimin tezliklə postunu itirəcəyi iddia olunur.

Hazırda “Kristal Pelas”ı çalışdıran avstriyalı Oliver Qlasnerin Amorimi əvəz edə biləcəyi bildirilir. Bukmeker kontorları onu Amorimin əsas varisi hesab edir və təyinatına 4.50 əmsal verilib.

Qlasnerdən sonra siyahıda ikinci yeri İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt tutur (əmsal 6.00). Üçüncü sırada isə argentinalı Maurisio Poçettino yer alır (8.00). Zinəddin Zidanın “Mançester Yunayted”ə baş məşqçi kimi gəlməsi 8.50 əmsalla dəyərləndirilir.

Klub rəhbərliyinin Amorimlə bağlı qərarı yaxın günlərdə məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button