“Mançester Yunayted” haqqında pis heç nə deyə bilmərəm”

“Jirona”nın yarımmüdafiəçisi Donni van de Beek İngiltərədəki karyerasını xatırlayıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, “Mançester Yunayted”də çıxış etdiyi zaman haqda da danışıb:

“Futboldan həzz almaq istəyirəm və indi bunu edə bilərəm. “Mançester Yunayted”? Bu keçiddən hər iki tərəf üçün yaxşı heç nə alınmadı. Amma bu mərhələ artıq keçib, klub haqqında pis heç nə deyə bilmərəm. Orada az oynadım, amma çox şey öyrəndim. Ətrafımda böyük oyunçular var idi. Bu təcrübə mənim üçün gələcəkdə faydalı olacaq”.

Van de Beek “qırmızı şeytanlar”ın heyətində 62 oyun keçirib, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button